Gürcüstanda Azərbaycan kino günləri
24 Aprel 2013 15:31 (UTC+04:00)
Gürcüstanda Azərbaycan kinosu günləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən tədbir aprelin 27-nə kimi davam edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, rejissor Yavər Rzayev, Nurəddin Mehdixanlı, Münəvvər Əliyeva və Nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadədən ibarət nümayəndə heyəti Gürcüstana yollanıb.
Bahar Rüstəmli
AzNews.az