Yurçeviç Ramil Şeydayevi milliyə çağırdı

11 Mart 2019 16:41 (UTC+04:00)

Rusiya Premyer Liqasında çıxış edən “Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayev milli komandamıza dəvət alıb.

Bu barədə klubun saytı məlumat yayıb.

22 yaşlı hücumçu millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.

Seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra isə Bakıda Litva ilə yoxlama matçı keçirəcək.

Qeyd edək ki, Şeydayev qış fasiləsindən sonra Samara klubunun heyətində hər iki oyunda meydanda olub və iki qola imza atıb.(qafqazinfo.az)

AzNews.az