Bakı Uşaq Teatrı mart ayının repertuarını açıqlayıb.
Teatrdan AzNews.az-a verilən məlumata görə, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Bakı Uşaq Teatrı mart ayı ərzində 7 ali təhsil müəssisəsində çıxış edəcək.
Teatrın kollektivi tələbələr qarşısında “Həyatla oyun” tamaşasını nümayiş etdirəcək.
Teatrın direktoru İntiqam Soltan bildirib ki, tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır.
Yeniyetmələr və böyüklər üçün nəzərdə tutulan tamaşanın müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədovadır.
Bahar
AzNews.az