Türkiyənin məşhur müğənnisi Ahmet Kayanın həyatı haqda film çəkilir. “Ahmedo İki Gözüm” adlı film sənətçinin 19-cu ölüm ildönümündə, noyabrın 16-da 27 ölkədə ekranlara gələcək.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, filmin çəkilişləri Ahmet Kayanın 16 noyabr 2000-ci ildə öldüyü Paris şəhərində başlayıb.
Həmçinin Malatya və İstanbulda çəkiləcək filmin rejissoru iranlı Adnan Osman Shanazdır.
Filmdə Ahmet Kayanı kimin canlandırdığı sirr olaraq qalır.
Səidə Vahid
AzNews.az