Türkiyədə universitet yandı - FOTO

12 Mart 2019 11:03 (UTC+04:00)

Türkiyənin Trabzon əyalətinin Yomra rayonunda yerləşən Avrasiya Universitetində yanğın olub.

“Haberler” xəbər verir ki, hadisə martın 12-də səhər saatlarında baş verib.

Tələbələr və universitetin əməkdaşları binadan təxliyyə edilib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğının səbəbi araşdırılır.(report.az)

AzNews.az