İşğalçı ordu daha bir hərbçisini itirdi

12 Mart 2019 12:02 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi naməlum şəraitdə ölüb.

Məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, 2000-ci ildə anadan olan, hərbçi Karen Karapetyan martın 12-də səhər saatlarında aldığı güllə yarasından ölüb.

Hadisənin səbəbi araşdırılır.(report.az)

AzNews.az