Qətərdən Qəzzaya daha bir yardım

12 Mart 2019 15:48 (UTC+04:00)

Rəsmi Doha Qəzzada yanacaq anbarı, komissiya mərkəzi və məscid tikintisi üçün 1,7 milyon dollar ayırıb.

Ayrılan vəsaitin 350 min dolları yanacaq anbarı, 630 min dolları komissiya mərkəzi, 704 min dolları isə məscid inşasına sərf olunacaq.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Qətər hökuməti Qəzza əhalisinə 150 milyon dollarlıq humanitar yardım göndərmişdi.

Bu il yanvarın 28-də isə rəsmi Doha Qəzzada humanitar problemlərin həlli üçün BMT-yə 20 milyon dollar ayırmışdı.(AZƏRTAC)

AzNews.az