“Mançester Yunayted” Aleksis Sançesi icarəyə vermək istəyir

12 Mart 2019 20:39 (UTC+04:00)

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Aleksis Sançesi icarəyə vermək niyyətindədir.

Baş məşqçi Ule Qunnar Sulşer 30 yaşlı hücumçunun xidmətində maraqlı deyil.

Qeyd edək ki, A.Sançesin ötən ilin yanvarında transfer olunduğu “Mançester Yunayted”lə 2022-ci ilin iyun ayına qədər müqaviləsi var. O, cari mövsümdə iştirak etdiyi 23 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

AzNews.az