Kərimdən Elza Seyidcahana ağır sözlər: Onun kimi anam olsaydı... - VİDEO

13 Mart 2019 14:35 (UTC+04:00)

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Kərim Abbasov olub.

AzNews.az xəbər verir ki, müğənni Elza Seyidcahan haqqında olduqca sərt ifadələr səsləndirib:

“Onun sənəti yoxdur, bəstəkardır. Danılmaz faktdır, gözəl bəstələri var. Amma oxumağın “O” hərfindən xəbəri olmayan bir insandır. O insana qalmaqal lazımdır, çünki sənəti yoxdur. Çox qurdlu, kin-küdurətli qadındır. Mənim elə anam olsaydı, onu analıqdan çıxarardım. Özünə hörmət et. Sənin özündən böyük oğlun var. Oğlun səndən utanır. Oğlun səninlə illərdir ki, danışmır, adam yerinə qoymur. Amma oğlunun ayağındakı əxlaq, tərbiyyə, təki onun anasının bütün canında olardı”.

Aynur

AzNews.az