“Rossiya 24” kanalında Azərbaycan nefti haqqında xüsusi reportaj

13 Mart 2019 16:12 (UTC+04:00)

Rusiyanın “Rossiya 24” kanalında Azərbaycan neft sənayesi haqqında xüsusi reportaj yayımlanıb.

“Bakı bareli” adlı reportajda Heydər Əliyev adına Neft Emalı zavodunun modenziyasiyası və yenidənqurulması, Azərbaycanda sənaye üsulu ilə ilk neftin hasilatı, II Dünya müharibəsində qələbədə Azərbaycan neftinin rolu, gələn həftə Bakıda keçirilməsi nəzərdə tutulan OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət qolu - “SOCAR Trading”in fəaliyyəti, həmçinin Rusiyanın enerji şirkətləri ilə əlaqələrdən bəhs edilib.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin Davosda OPEC+ razılığı ilə bağlı fikirləri də yer alıb.

Azərbaycan energetika naziri Pərviz Şabhazov OPEC+ çərçivəsində razılaşmadan, Azərbaycanın üzərinə götürdüyü öhdəliyə əməl etməsi, Rusiya şirkətləri ilə əlaqələrdən, SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov şirkətin layihələrindən, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə “SOCAR Trading”in uğurlu fəaliyyətindən, Rusiyanın "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov şirkətin paya sahib olduğu “Şahdəniz” layihəsindən danışıb.(rerport.az)

AzNews.az