“Qara qüvvələr bu islahatlara kölgə salmağa çalışırlar” - Arzuman Abdulkərimov

13 Mart 2019 16:56 (UTC+04:00)

"Prezident İlham Əliyev 2019 cu ili sosial problemlərin həlli ili olacağanı bildirib. İl başlayar başlamaz bir-birinin ardınca bu yöndə sərəncam və fərmanlar verilməkdədir".

Belə bir açıqlama ilə çıxış edən "Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov deyib ki, həmin sərəncamların bir hisəsi də tələbə və gəncləri əhatə edir: "Belə ki, tələbələrin təqaüdlərinin artırılması, gənclərin mənzil təminatının yaxşılaşdırılması, gənclər üçün iş yerlərinin açılması, onlara ipoteka şərtlərinin yaxşılaşdırılması və s. kimi sərəncamlar verilib. Amma yenə də qara qüvvələr bu islahatlara kölgə salmağa çalışırlar. Təbii ki, xalqımız ağı qaradan seçir. O baxımdan görülən işlərin təbliğ olunması üçün var gücümüzlə çalışmalyıq. Bunun üçün sosial şəbəkələrdə aktivolmaq lazımdı. Gəlin hər birimiz görülən işlərə dəstək olaq".(olaylar.az)

AzNews.az