"Ermənistan-Gürcüstan sərhədində demarkasiyanı həyata keçirməyin vaxtı çatıb" - Zurabişvili

13 Mart 2019 20:10 (UTC+04:00)

Ermənistan-Gürcüstan sərhədində demarkasiyanı həyata keçirməyin vaxtı çatıb.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili martın 13-də Yerevanda erməni həmkarı Armen Sarkisyanla keçirdiyi mətbuat konfransında bildirib.

“Dost qonşu dövlətlər arasında bu prosesi uzatmağın mənası yoxdur. Biz qərara gəldik ki, xarici işlər naziri işlədiyim vaxt əldə etdiyimiz razılığı həyata keçirmək lazımdır”, - deyə o vurğulayıb.

S.Zurabişvili qeyd edib ki, müqavilənin baza normativləri artıq razılaşdırılıb. (report)

AzNews.az