Mingəçevirdə yaşayış binasında qaz balonu alışdı

13 Mart 2019 20:54 (UTC+04:00)

Mingəçevirdə dördmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin eyvanında həcmi 5 litr olan məişət qaz balonunun alışması nəticəsində eyvanın lambirindən ibarət üzlüyü 6 kv.m sahədə və pəncərə çərçivəsi yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az