Trampın seçki qərargahının keçmiş rəhbəri həbs olundu

13 Mart 2019 22:10 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın vaxtilə seçki qərargahının rəhbəri olmuş Pol Manafort Kolumbiya Dairə Məhkəməsi tərəfindən qeydiyyatsız lobbiçilikdə və şahidlərə təzyiq göstərməkdə ittiham edilərək 3 il 6 aylıq həbs cəzasına və 6 milyon dollardan artıq cəriməyə məhkum edilib.

İttihamnamədəki birinci epizod hesabları gizlətmək və vergidən yayınmaqla, 13 aylıq həbs cəzasına səbəb olan ikinci epizod isə ədalət mühakiməsini əngəlləməklə bağlıdır.

6 milyon dollarlıq pul cəriməsinə isə müttəhim vergidən yayındırdığı vəsaitlərin həcmi nəzərə alınmaqla məhkum edilib.

AzNews.az