Təyyarəni ildırım vurdu - VİDEO

14 Mart 2019 00:22 (UTC+04:00)

Böyük Britaniyadan Qambiyanın Banjul şəhərinə uçan Airbus-A321 hava gəmisi fırtınaya düşüb.

Təyyarədəki sərnişinlərdən birinin çəkdiyi videonu Daily Mail yayımlayıb.

Havaya qalxdıqdan bir dəqiqə sonra təyyarə boz buludların arasına girib və kəskin hava şəraiti ilə qarşılaşıb.

Kadrlarda təyyarənin qanadını ildırımın necə vurması aydın görünür. Təyyarəyə zərər toxunmasa da, pilot təhlükəsizlik üçün yenidən hava limanına qayıdıb.

Sərnişinlər başqa reyslə yola salınıb. (oxu.az)

AzNews.az