Beyləqanda yanğın - Bir nəfər xəsarət alıb

14 Mart 2019 10:06 (UTC+04:00)

Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Dünyamalılar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı ev əşyaları ilə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az