Boksçu Ərdoğanla dialoqdan danışdı - "Haqqını yedilər, qisas alınacaqmı?"

14 Mart 2019 10:38 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Erdem idman zalında boksçu Avni Yıldırım ilə görüşüb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünya çempionatında hakimin qərarı ilə uduzan Avni Yıldırım Ərdoğanla dialoqundan danışıb:

"Prezident mənə "Haqqını yedilər, qisas alınacaqmı?" deyə sual verdi. Mən də "Bəli, alınacaq, amma bu dəfə işi şansa buraxmayacam" deyə cavab verdim. Prezidentimizin "Dünya 5-dən böyükdür" sözünü ABŞ-da hər kəsə əzbərlətdim. Ərdoğanın idmana verdiyi dəstəyi yaxşı bilirəm. Məni Külliyəyə dəvət etdi".

Pərvanə Ağazadə

AzNews.az