Biri yoldaşım, biri məşuqəmdir! - Məşhur müğənni

14 Mart 2019 10:48 (UTC+04:00)

Türkiyəli müğənni Berksan açıqlamasında təəccüblü ifadə işlədib: "Musiqi yoldaşım, “Çilek Beach” məşuqəmdir. Birini seçmək məcburiyyətindəyəm".

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Berksan yeni “Sakin” mahnısı ilə Yasemin Şefikin Best FM-dəki proqramına qonaq olub.

“Yazdığım mahnıları saat neçədə olursa olsun, qardaşım Turaçla bərabər studiyaya gələn hər kəsə dinlətmək istəyirik. Hətta dinlətdirdik, amma artıq özümü saxlaya bilmirəm”-deyə bildirib.

Yasemin Şefikin “Yaz yaxınlaşır, çimərliyi açacaqsanmı?” sualına sevilən müğənni Berksan belə cavab verib:

“Çilek” markasını müxtəlif şəhərlərə bir brend kimi satdım və hər şey də gözəl gedir. Bu il də “Çilek Beach” olacaq, amma mən olmayacağam. Bir yandan mahnı çalışmalarım, bir yandan klub və çimərlik çətin olur. İşimi sevərək edirəm, amma asan deyil. Hətta musiqi arvadım, çimərlik isə məşuqəm kimidir... Birini seçməyim lazımdır. Mən musiqini seçdim”.

Səidə Vahid

AzNews.az