Ceki Çandan çinli aktyorlara çağırış

14 Mart 2019 11:07 (UTC+04:00)

Dünya şöhrətli aktyor Ceki Çan Çin Xalq Siyasi Məşvərət Şurasının iclasında çıxışı zamanı aktyorlara müraciət edərək, onları yoxsulluğa qarşı mübarizə aparmağa çağırıb.

Bu barədə “The China Daily” qəzeti yazıb.

Aktyorun fikrincə, kino sənayesinin nümayəndələri yoxsulluğun aradan qaldırılması üçün öz nüfuzundan istifadə etməlidirlər.

C.Çanın sözlərinə görə, onun özü problemin həlli üçün səy göstərir. Məsələn, ötən ilin sentyabr-dekabr aylarında 29 qrup təşkil edib. Məşhur insanların başçılıq etdikləri bu qruplar Çinin yoxsul rayonlarında imkansız əhaliyə yardım göstərməyə çalışıblar.(AZƏRTAC)

AzNews.az