Ögey ana dəhşəti - 8 yaşlı uşağı boğdu

14 Mart 2019 13:15 (UTC+04:00)

Türkiyənin Adana şəhərində bir qadın ögey oğluna işgəncə verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Adana şəhərinin Çukurova rayonunda qeydə alınıb.

2016-cı ildə həyat yoldaşından boşanan kişi bir neçə ay əvvəl başqa bir qadınla evlənib.

Onun 8 yaşlı oğluna işgəncə verən qadının görüntüləri sosial şəbəkələri silkələyib. Qadın uşağın boğazını sıxaraq onu döyüb.

Qadının bu rəftarını uşağın baxıcısı çəkib.

Görüntülərin yayılmasından sonra polis araşdırmalara başlayıb və həmin uşağı tapıb.

Onlar uşağı ailədən alaraq dövlət himayəsinə götürüblər. Qadın isə polislər təfərindən izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Nigar CƏFƏR

AzNews.az