Flora Kərimovadan şok etiraf - "Həsənağa Turabov mənimlə evlənmək istəyirdi"

14 Mart 2019 11:52 (UTC+04:00)

Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovun ona qarşı sevgi münasibətindən söz açıb.

AzNews.az-ın məlumatına görə, müğənni bu haqda "Hüseynova bacıları" verilişində danışıb. O bildirib ki, hətta aktyor onunla evlənmək istəyib:

"Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə verirdilər, qaçırdım. Bəli, Həsənağa Turabov məni çox istəyirdi. Mənimlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə məndən xəbərsiz qatarla arxamca gəlmişdi.

Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov qol çəkirmiş. Sonra Aydın müəllim çağırdı ki, olmaz. Evdən məni vermədilər, biz ayrıldıq.

Bu yaxınlarda qızı ilə görüşdük. Orada bu haqda danışanda cavablandırmadım. Mənim oğlum, qızım, onun da xanımı var".

Aynur

AzNews.az