İzmirdə yeraltı avtomobil dayanacağı çökdü

14 Mart 2019 12:05 (UTC+04:00)

Türkiyənin İzmir şəhərinin Böyükşəhər bələdiyyəsi tərəfindən inşa edilən yeraltı avtomobil dayanacağı gecə saatlarında çöküb.

İki işçi dağıntılar altında qalıb.

İşçilərin axtarışı davam edir. Hadisə yerinə çox sayda xilasedici cəlb olunub.

Faktla bağlı araşdırma başladılıb.(AZƏRTAC)

AzNews.az