Hulusi Akardan F-35 açıqlaması

14 Mart 2019 13:08 (UTC+04:00)

“Bir çox açıqlamalar verilməsinə baxmayaraq F-35 qırıcıları indi normal işləyir. Pilotlarımız, personalımız ABŞ-da təlim keçirlər”.

AzNews.az xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar səsləndirib.

Akar noyabr ayında F-35 tədarükü üçün təyyarələrin Malatyaya gətirilməsini və bununla bağlı hazırlıqların tamamlandığını bildirib.

Nazir S-400 raketləri ilə bağlı Rusiya ilə danışıqların davam etdiyini də deyib:

"Müştərək bir koordinasiya mərkəzində çalışırıq”.

Pərvanə Ağazadə

AzNews.az