“Ronaldo möhtəşəm idi” - Messi

14 Mart 2019 12:42 (UTC+04:00)

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”u 5:1 hesabı ilə məğlub edən “Barselona”nın ulduzu Lionel Messi oyundan sonra Kriştianu Ronaldo haqqında danışıb.

Argentinalı forvard “Yuventus”un portuqaliyalı futbolçusu haqqında bunları deyib: “Ronaldo və “Yuventus” möhtəşəm idi. Düşünürdüm ki, “Atletiko” səfərdə daha yaxşı oynayacaq. Amma italyanlar mərhələ keçdi. Ronaldo möcüzə yaratdı və 3 qol vurdu”.

Qeyd edək ki, “Yuventus” ÇL-in 1/8 finalında ilk matçda 0:2 hesabı ilə uduzduğu “Atletiko” ilə cavab qarşılaşmasında 3:0 qalib gələrək ¼ finala yüksəlib. Turinlilərin hər 3 qolunu Kriştianu Ronaldo vurub.(qafqazinfo.az)

AzNews.az