Məşhurlar ölümlə hədələndi

14 Mart 2019 15:21 (UTC+04:00)

Türkiyə kinosunun tanınmış aktrisası Aslı Enver və müğənni Özcan Deniz ölümlə hədələnib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Star TV kanalında yayımlanan “İstanbullu gelin” serialında ailəli cütlüyü canlandıran Özcan Deniz və Aslı Enver İsraildə iki konsertdə iştirak etməyi planlaşdırırdı.

Hər iki məşhur yaxın günlərdə ailələri və özləri ölümlə hədələndiyi üçün səfərlərini təxirə salmağa məcbur olub.

Qeyd edək ki, konsertə bir gün içində 22 min bilet satılıb.

Nigar CƏFƏR

AzNews.az