“Azərbaycanın həyata keçirdiyi layihələr...” - Albaniya prezidenti

14 Mart 2019 14:53 (UTC+04:00)

Bunu Albaniya Prezidenti İlir Meta jurnalistlərə bildirib.

“Azərbaycan regional əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın həyata keçirdiyi enerji layihələrini xüsusi qeyd etmək olar. Bunlar ölkələrimiz arasındakı təmasların artmasına səbəb olur, Avropanın enerji təhlükəsizliyini təmin edir”, – dövlət başçısı deyib.

O, Bakı Qlobal Forumunun əhəmiyyətindən söz açaraq, bunun dünyanın müxtəlif problem və təhdidlərini müzakirə etmək üçün gözəl meydan olduğunu vurğulayıb.(ona.az)

AzNews.az