Aktrisanın həyat yoldaşı dəfn edildi

14 Mart 2019 15:30 (UTC+04:00)

Türkiyəli aktrisa Demet Akbağın avtomobil qəzasında ölən həyat yoldaşı Zafer Çikanın dəfn mərasimi olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həyat yoldaşının dəfn mərasiminə qatılan Demet Akbağ halsız görünüb.

Aktrisanı pis günündə sənət dostları tək qoymayıb.

Demet Akbağ dəfn zamanı göz yaşlarını saxlaya bilməyib.

Nigar CƏFƏR

AzNews.az