Mariya Zaxarova üçün ermənilər çox sivil adamlardır, amma...

14 Mart 2019 15:57 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı olan ermənilərin Bakıya girişinə məhdudiyyətlər qoyulması məsələsini yenidən aktuallaşdırıb.

Bütün dünya, o cümlədən Mariya Zaxarova üçün ermənilər çox sivil adamlardır, amma hətta “azərbaycanlı” və “türk” kəlmələri eşidəndə ermənilər tam dəyişirlər.

Ermənilər, xüsusuilə Rusiyadakı ermənilər RF-i anti-Azərbaycan hesab edirlər. Bunlar və ermənilərin anti-Azərbaycan əhval-ruhiyyəsinin Moskvadan qaynaqlanması barədə düşüncələri rəsmi Moskvanı zərrə qədər maraqlandırmır. Bu, ermənilərin Türkiyə ilə münasibətinə də aiddir.

Moskvada “Xeyirxah meşə” şirkətinin baş direktoru 43 yaşlı Artur Mirzoyan 2014-cü ilin avqustunda Moskvanın mərkəzində Türkiyə səfirliyinə güllə atdı. O, bir müddət öncə ehtiyac üzündən ailəsini götürüb dolanmaq üçün Moskvaya gəlmişdi. Və yaxud 2013-cü ildə Podmoskovyedə 18 Rusiya vətəndaşını avtobus qəzasında öldürən “Kamaz” sürücü Qratsya Arutyunyanın məhkəmə prosesində əcaib hadisələr baş verdi. Amma bu əcaib proseslər içərisində ən əcaibi Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün onun həbs müddətinin 6 ay azaldılması oldu. Rusiyanın bəzi məhkəmələri Azərbaycan torpaqlarının işğalında iştirak edənləri Böyük Vətən Müharibəsində iştirak edənlərə (çeçen müharibəsinin iştirakçısı kimi) bərabər tutur.

Cənubi Qafqazda erməni-müsəlman, erməni-azərbaycanlı münaqişələri yalnız Osmanlı imperiyası və İrandan ermənilər bu regiona köçürüldükdən sonra başlayıb.

Erməninin Azərbaycana gələrkən hadisə törətməyəcəyinə heç kim zəmanət verə bilməz. Ermənilərin azərbaycanlılara və türklərə qarşı terror etmələrinin yaşı müsəlmanın canlı bombasından daha çoxdur.

Rusiya vətəndaşı olaraq ermənilər Bakıda hər hansı hadisə törətsələr bu Azərbaycan-Rusiya münasibətlərinə daha çox zərbə vura bilər. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını az qala bütün ermənilər faciə kimi qəbul edirlər.

Kreml, RF XİN Rusiyadakı ermənilərin Azərbaycana qarşı münasibətini dəyişdirməsinə diqqət ayırsaydı, daha faydalı olardı.

M.Zaxarovanı Rusiya-Azərbaycan münasibətlərini korlamaqda ittiham etmək fikrimiz yoxdur. Amma obyektivliyin M.Zaxarova üçün də baş ucalığı olmasını dəqiq bilirik.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq