Seul metrosunda qatar relsdən çıxdı

14 Mart 2019 16:08 (UTC+04:00)

Cənubi Koreyanın paytaxtı Seul metrosunda hərəkət edən qatar relsdən çıxıb.

Yonhap agentliyi xəbər verir ki, ilkin məlumata əsasən, metronun 7-ci xəttində yerli vaxtla 19:22-də (Bakı vaxtı ilə 14:22) baş verən hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda qəza yerində təxliyə işləri aparılır.

Metronun bu xəttində qatarların hərəkətində fasilə yaranıb.(AZƏRTAC)

AzNews.az