Azərbaycanın xarici dövlət borcu azalıb

14 Mart 2019 16:19 (UTC+04:00)

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 927,1 milyon ABŞ dolları təşkil edib.

Maliyyə Nazirliyi xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.

2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

AzNews.az