Ramil Usubov rəisi təqaüdə göndərdi

14 Mart 2019 17:35 (UTC+04:00)

General-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gədəbəy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.

Onun yerinə daha əvvəl Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini vəzifəsində çalışmış Mehman Həşimov təyin edilib.(oxu.az)

AzNews.az