Azərbaycanda ilk olan aksiyaya start verilir

14 Mart 2019 17:41 (UTC+04:00)

27 mart tarixindən başlayaraq “Vecon” MMC (qiymətləndirmə şirkəti) yeni və Azərbaycanda ilk olan aksiyaya start verir.

AzNews.az xəbər verir ki, aksiyanın mahiyyəti ondan ibarətdir ki, “Vecon” MMC bazar qiymətlərindən ucuz məbləğ qarşılığında bütün ölkə vətəndaşları üçün sahib olduqları yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinin təklif edəcək.

Şirkət bu aksiyanın təmin etdiyi hüququn hər bir vətəndaş üçün yalnız 1 əmlaka görə keçərli olacağını qərara alıb.

Bakı, Sumqayıt və Abşeron yarımadası ərazilərində hər bir obyektin qiymətləndirilməsi üçün 50,0 AZN, əyalətlərdə isə nəqliyyat və çatdırılma xərcləri sifarişçi tərəfindən ödənilməsi şərti ilə 50,0 AZN müəyyən olunur.

Aksiyanın əsas məqsədi və mahiyyəti ilə bağlı aşıqlama verən “Vecon” MMC-nin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc bildirib ki, aksiya sosial xarakterlidir və şirkət son zamanlar hökumət tərəfindən aktiv şəkildə həyata keçirilən sosial müdafiə xarakterli addımlara- sosial ipoteka kreditlərinin verilməsini asanlaşdıran, uzunmüddətli icarə verilmək şərti ilə ipoteka kreditləri hesabına mənzillərə sahib olmağı planlaşdıran, valyuta ilə verilmiş kreditlərin devalvasiya nəticəsində yaranmış fərqlərinin silinməsi və s. bu kimi qərarlara dəstək verilməsi məqsədi ilə keçirilir. Aksiya nəticəsində ölkə vətəndaşları sahib olduqları mülkiyyətin bazar dəyəri barədə məlumat əldə edə biləcəklər. İstənilən nəzərdə tutulmayan hadisələrlə qarşılaşdıqda – banklara kredit üçün müraciət etdikdə, dövlət ehtiyacı üçün mülkləri kompensasiya qarşılığında tələb olunduqda, hər hansı investisiya məqsədli qərarlar qəbul edildikdə “Vecon” MMC tərəfindən verilən hesabatlara əsaslanmaq mümkündür. Beynəlxalq qiymətləndirmə standartlarına, yerli qanunlara uyğun şəkildə hazırlanan qiymətləndirmə aktları eyni zamanda vətəndaşlara sahib olduqları mülkün bazar dəyərini bilmək üçün şərait yaradacaq.

Vüqar Oruc qeyd edib ki, aksiya uzunmüddətlidir və 2019-cu ilin sonuna kimi davam edəcək.

Əlaqə vasitələri: (050)7177031(whatsapp), (055)5158448, (012)4928072, info@vecon.az

AzNews.az