Pakistanda bazarda partlayış: 2 ölü, 7 yaralı

14 Mart 2019 18:20 (UTC+04:00)

Pakistanın cənubunda Pancqur vilayətindəki bazarların birində partlayış baş verib.

Partlayış nəticəsində 2 nəfərin öldüyü, daha 7 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, ölən şəxslər partlayış baş verən vaxt avtomobildə olub. Yaralananlardan 3 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir.

Partlayışla bağlı məsuliyyəti hər hansı terror təşkilatı öz üzərinə götürməyib. (trend)

AzNews.az