İxlas sürəsini oxuyan məhəbbət quşu-VİDEO

25 Aprel 2013 09:39 (UTC+04:00)


Türkiyənin Diyarbəkir vilayətində bu quşu görən insanlar heyrətini gizlədə bilmir.

Məsələ tutuquşunun xarici görünüşündə deyil, onun əzbərlədiyi sözlərdədir. Sahibinin bildirdiyinə görə, quşcığaz uzun zamandır dayanmadan "Allah-Allah" kəlməsini işlədib.

Bunu nəzrə alan tutuquşunun yiyəsi onun yanında Qurani-Kərimdən ayələr oxumağa başlayıb. Çox keçməyib ki, onun səyləri nəticə verib və bu quş "İxlas"dan bəzi sözləri açıq-aşkar təkrarlamağa başlayıb. Seyr edək və eşidək.


Xəyalə
AzNews.az