Gözlənilən qasırğa Afrikanı vurdu - 126 ölü

14 Mart 2019 20:10 (UTC+04:00)

Cənubi Afrika Respublikası, Mozambik və Malavidə leysan yağışları və qasırğa səbəbindən 126 nəfər dünyasını dəyişib.

Mozambikdə 66, Malavidə 56, CAR-da 4 nəfər ölüb. 800-dən çox insan qasırğanın fəsadları ilə üzləşib. 100 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Beynəlxalq yardım təşkilatları təbii fəlakət qurbanlarına kömək etmək üçün hərəkətə keçib. (qafqazinfo)

AzNews.az