Azərbaycanlı deputat vəzifəsindən getdi - Təqaüdçüləri təhqir etdiyinə görə

14 Mart 2019 20:22 (UTC+04:00)

Rusiyanın Volqoqrad vilayət Dumasının deputatı Həsən Nəbiyev hakim “Vahid Rusiya” partiyasından xaric edilib.

Buna H.Nəbiyevin martın 6-da “8 min rubla qədər pensiya alan təqaüdçülər müftə yeyən və əyyaşdırlar. Çox işləsəydilər, çox pul alardılar” ifadəsini səsləndirməsi səbəb olub. Belə ki, Rusiya ictimaiyyəti arasında H.Nəbiyevin bu sözləri birmənalı qarşılanmayıb.

Deputat ictimai qınaq qarşısında üzr istəsə də, üzvü olduğu partiya nümayəndələri də məsələylə bağlı H.Nəbiyevə sərt mövqe göstəriblər. Onun könüllü olaraq deputat mandatından imtina etdiyi bildirilir. (ona.az)

AzNews.az