Bakıda 18 yaşlı gəlin itkin düşdü - FOTO

14 Mart 2019 20:33 (UTC+04:00)

Bakıda gənc qadın evdən çıxıb və bir daha geri qayıtmayıb.

Sabirabad rayonunda qeydiyyatda olan, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 8-i gecə saatlarında Sabunçu rayonu ərazisində itkin düşüb.

Yaxınları bildiriblər ki, qadın gecə saatlarında evdən çıxıb.

Hadisə ilə bağlı qadının həyat yoldaşı polisə müraciət edib.

Faktla bağlı araşdırma başladılıb. (oxu.az)

AzNews.az