Əfqanıstan Məzari-Şərifə tanklar yerləşdirdi

14 Mart 2019 20:46 (UTC+04:00)

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Məzari-Şərif şəhərində ötən gün silahlı toqquşma baş vermiş polis məntəqəsinin yaxınlığına tanklar yerləşdirilib.

Əyalətin sabiq qubernatoru Ətta Məhəmmədi Nurun tərəfdarları əyalətin polis rəisi vəzifəsinə Əbdül Raqib Mübarizin təyin olunmasına qarşı çıxıblar.

Ətta Məhəmmədi Nur bu təyinatın 2018-ci ildə ölkə Prezidenti Məhəmməd Əşrəf Qani ilə əldə etdikləri razılığa zidd olduğunu bildirərək əhalini etiraz olaraq işə çıxmamağa, müəssisələrini bağlamağa çağırıb.

Qeyd edək ki, ötən gün baş vermiş atışmada 1 polis ölüb, ikisi mülki şəxs olmaqla 7 nəfər xəsarət alıb. Hücum edənlərdə azı 25 nəfər saxlanılıb.

Hökumət Məzari-Şərif şəhərindəki vəziyyəti nəzarətə götürüb. (report)

AzNews.az