Hindistanda körpü uçdu - 5 nəfər öldü

14 Mart 2019 23:33 (UTC+04:00)

Hindistanın Mumbay şəhərində körpünün uçması nəticəsində 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Hadisə axşam saatlarında Çxatrapati Şivanji vağzalı yaxınlığında baş verib.

Hadisə qurbanları sayının artacağı ehtimal edilir.

Hindistanın baş naziri Narendra Modi hadisə qurbanlarının ailələrinə baş sağlığı bildirib. (ona.az)

AzNews.az