Şəkidə 5 tibb işçisi vəzifələrindən çıxarıldı - bu videoya görə

15 Mart 2019 09:58 (UTC+04:00)

Şəki Mərkəzi Rayon Xəstəxanasının beş tibb işçisi vəzifələrindən azad olunub.

AzNews.az xəbər verir ki, baş həkimin onları işdən azad etməsinə səbəb isə müğənni Afət Fərmanqızının ifa etdiyi "Pəncü Şeş" mahnısına video çəkmələri olub.

Bu barədə prodüser Tolik (Tarix Əliyev) şəxsi İnstagram hesabında məlumat verib. İşdən çıxarılan tibb bacılarından biri ilə əlaqə saxlayıb. Telefon danışığında əməkdaş Tolikə onların bütün xahişlərinə, hətta göz yaşlarına belə məhəl qoyulmadan işdən çıxarıldıqlarını bildirib.

Tibb bacısı ailə vəziyyətlərinin yaxşı olmadığını bu işə çox ehtiyac duyduqlarını söyləyib.

Bildirib ki, baş həkim Elçin Əmirovdan nə qədər xahiş etsələr də həkim onları dinləmək belə istəmir.

Aynur

AzNews.az