Qohumların mübahisəsi qanlı bitdi

15 Mart 2019 11:22 (UTC+04:00)

Bərdə şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayev Vasif Vaqif oğlu aralarında baş verən münaqişə zəminində qohumu, Bərdə şəhər sakini, 1972-ci il təvəllüdlü Abdullayev Eldəniz Telman oğlunu bıçaqlayıb.

Üç bıçaq xəsarəti alan E.Abdullayev Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. V.Abdullayev isə şübhəli şəxs qismində həbs olunub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanıb.(ona.az)

AzNews.az