Bu yaşlarda bir çox insanın vücudu gözəl olur - Hülya Avşar

15 Mart 2019 11:41 (UTC+04:00)

55 yaşlı Hülya Avşar sosial mediada paylaşdığı seksi, bikinili fotolarına olan reaksiyaya münasibət bildirib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyəli məşhur aktrisa bunun normal olduğunu deyib.

“Cəsur bir şey etdiyimi düşünmürəm. Yayda hər kəs bikini geyinir. Bu yaşlarda bir çox insanın vücudu gözəl olur. Qadın gözəlsə və özünə yaraşdırırsa, cizgini də keçmirsə, açıqlıq yaraşır”.

Avşar keçmiş əri Kaya Çilingiroğlunun dediyi “Hülya ilə bir daha evlilik çətin ki...” sözlərinə də cavab verib:

“Doğru deyib. Cici bir sevgilisi var. Önəmli olan onun xoşbəxtliyidir”.

Səidə Vahid

AzNews.az