Azərbaycanda uçot dərəcəsi azaldıldı

15 Mart 2019 11:30 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin bu gündən 9,25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.

AMB xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Qurumun rəhbərliyi faizlərə növbəti dəfə aprelin 26-da baxacaq.

AzNews.az