“Buna məmurlar şərait yaradıb”

15 Mart 2019 11:36 (UTC+04:00)

“Azərbaycanda dəmir yolunun mühafizə zolaqlarında vətəndaşlara məxsus qeyri-qanuni tikililər var. Buna məmurlar şərait yaradıb”.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Çalışırıq ki, insanları həmin ərazilərdən uzaqlaşdıraq. Təkcə 2018-ci ildə təxminən 700 nəfərə yeni ev verilərək dəmir yolunun mühafizə zolaqlarından kənarlaşdırmışıq”, - deyə o, qeyd edib.(REPORT.AZ)

AzNews.az