8 il əvvəl yenidən doğuldum - İbrahim Tatlıses

15 Mart 2019 11:43 (UTC+04:00)

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses İnstagramda qızı Elif Ada ilə birgə şəklini paylaşıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 8 il əvvəl Şişlidə silahlı şəxslərin hücumuna məruz qalaraq başından yaralanıb. Ağır yaralanan Tatlıses o gündən bəri doğum gününü mart ayının 4-də qeyd edir.

Müğənni İnstagramda qızı ilə birgə şəklini paylaşaraq "8 il əvvəl yenidən doğuldum. Allah bir can daha bağışladı, məni sizə qovuşdurdu. Şükürlər olsun. Yaxşı ki, doğulmuşam, amma sizlər də yaxşı ki, varsınız. Sevginiz və dualarınız mənə güc verir, həmişə var olun" yazıb.

Qeyd edək ki, müğənni 1952-ci il yanvarın 1-də dünyaya gəlib.

Nigar CƏFƏR

AzNews.az