Qorxunc qəza - Özlərini yandırdılar

15 Mart 2019 12:28 (UTC+04:00)

Türkiyənin Qaziantep şəhərində bir şəxs bilmədən özünü və dostunu yandırıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantepin Nizip kəndində isinmək üçün kömür sobasına yandırıcı maddə tökən Ahmet Özel və yanındaki Mahmut Türkmenin paltarları alışıb.

Ətrafdakıların müdaxiləsi nəticəsində yangını söndürmək mümkün olub. Hər iki şəxs ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Nigar CƏFƏR

AzNews.az