Rusiyada Boeing təyyarəsi təcili eniş etdi

15 Mart 2019 15:38 (UTC+04:00)

Rusiyada Boeing 737-800 tipli təyyarə mühərrikindəki nasazlıq səbəbilə təcili eniş edib.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Rusiya İstintaq Komitəsi yayıb.

Məlumata görə, təyyarə Mirney şəhərindən Moskvaya uçurmuş.

Alrosa hava yollarına aid 157 sərnişin və 6 nəfərlik heyəti olan təyyarənin mühərrikində yarana biləcək nasasızlıq səbəbilə Sıktıvkar şəhərinə endiyi deyilir.

Hadisədə ölən və yaralanan yoxdur.

Qeyd edək ki, Rusiya Efiopyada baş verən qəzadan sonra “Boeing 737 Max” tipli təyyarələrə hava sahəsini bağlamaq qərarı verib.

Pərvanə Ağazadə

AzNews.az