Dünya ulduzu Bakıya gəlir - VİDEO

15 Mart 2019 16:15 (UTC+04:00)

Dünyaca məşhur ifaçı Sem Smith Bakıya gəlir.

AzNews.az xəbər verir ki, "Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” tərəfindən məlumat təsdiqlənib.

Ulduz "2019 Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində aprelin 27-də “Christal Hall”da konsert verəcək.

Britaniyalı musiqiçi və müəllif Sem Smit R&B, pop, soul janrında ifa edir. Oskar, Qızıl Qlobus, 4 Qremmi mükafatlarının sahibidir.

1992-ci ildə Londonda anadan olub. “In the Lonely Hour” adlı debüt albomunu 2014-cü ildə təqdim edib. 2013-2014-cü illərdə Naughty Boy-la birlikdə təqdim etdiyi “La La La” adlı klipi Youtube-da 950 milyona yaxın baxış sayı toplayıb.

2015-ci ildə 57-ci Qremmi musiqi mükafatları mərasimində 4 nominasiyada (İlin səs yazısı, İlin mahnısı, Ən yaxşı yeni ifaçı, Ən yaxşı vocal pop-albom) qalib gəlib.

Musiqi uğurlarına görə 2 dəfə Ginnesin rekordlar kitabına düşüb.

Agent 007 film seriyasından olan “Spektr” filmi üçün ifa etdiyi "Writing's on the Wall” mahnısı ona “Qızıl Qlobus” və “Oskar” mükafatı qazandırıb.

Fəridə Abdulla

AzNews.az