“Nəsiminin nəşi Azərbaycana gətirilsin” - Deputat

15 Mart 2019 17:50 (UTC+04:00)

Millət vəkili Tahir Kərimli dahi Azərbaycan şairi Nəsiminin nəşinin Azərbaycana gətirilməsini təklif edib.

O, bu təkliflə Milli Məclisin (MM) martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

Bildirib ki, onun nəşinin Azərbaycana gətirilməsinin vaxtı çatıb:

“Mən özüm iki dəfə Hələb şəhərində Nəsiminin məzarını ziyarət etmişəm. Ona görə hesab edirəm ki, artıq Nəsiminin nəşi Azərbaycana gətirilməlidir”.(oxu.az)

AzNews.az