Yeni Zelandiyadakı terrora görə İstanbuldakı konsertlər təxirə düşdü

15 Mart 2019 21:06 (UTC+04:00)

Yeni Zelandiyada iki məscidə edilən terror hücumu səbəbindən İstanbulda bir çox konsert təxirə salınıb.

15,16, 17 mart tarixlərinə planlaşdıırlan konsertlər İstanbul bələdiyyəsi tərəfindən ləğv edilib. Konserti təxirə salınan müğənnilər Murad Kekilli, Ömər Çelik, Yusuf Güneydir.

Qeyd edək ki, terror hücumu nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralananlar arasında 2 Türkiyə vətəndaşı da olub. (qafqazinfo)

AzNews.az